Jack Ma qloballaşmanı tərsinə çevirmək istəyir

28.02.2019

eWTP nədir?

Davos 2019-da dinləyicilərə “Biz qloballaşmağa inanırıq, amma çoxları inanmır çünki qloballaşma hamını əhatə etmir. Bunu necə inkişaf etdirə bilərik? Son 20 il içində, qloballaşmaya sadəcə 60.000 şirkət tərəfindən nəzarət edilib, bu sayını 60 milyona çatdırsaydıq necə olardı, bir xəyal edin.”

eWTP nədir?

Bu hədəfə çata bilmək üçün, Ma kiçik bizneslərə və təşəbbüskarlara qlobal bir şirkət olmaq imkanı verəcək bir platfrom qurub: “Əgər telefonları varsa onlar qlobal olaraq ala bilər, sata bilər, çatdıra bilər, ödəyə bilər və əylənmək üçün səyahət edə bilər.”

Ma-nın şirkəti Alibaba-nın qurub, Rwandada fəaliyyətə təqdim etdiyi birinci addım olan Electronic World Trade Platform (Elektronik Dünya Ticarət platforması) ya da eWTP-nin arxasında bu vizyon dayanır. Bu təşəbbüs Dünya Ticarət Təşkilatı və Dünya İqtisadiyyat Forumu ilə əməkdaşlıq edir və aşikardır ki, Rwanda Hökməti tərəfindən dəstəklənir.

Bu təşəbbüs əslində 2018-in Dekabr ayında WTO-da (Dünya Ticarət Təşkilatı) başladılıb.

Rwandada təsərrüfatçılar hal-hazırda bu platformadan istifadə edərək qəhvə satırlar, bu, 1 milyon ABŞ dollarından aşağı olan əməliyyatlar üçün tarifsiz ticarətin asanlaşmasına imkan verir. Qəhvə bu platformada Çinli müştərilərə satılır, əvvəllər məhsul sahibləri kiloqram başına 8 $ alırdılarsa indi bu qiymət platforma istifadəsindən sonra 12 $ olub.

Rwanda höküməti bu imkanı qloballaşmanın əhatəsini artırmaq üçün bir yol olaraq görür: “Jack Ma düşünür ki, bu, Qloballaşma 4.0 üçün qabaqcıl bir metodologiyadır: “Mən WTO ilə görüşdüm və fikiləşirəm ki, bunun ikinci bir versiyaya yüksəldilməsi lazımdır və bu yeni versiya gənc insanlar və təşəbbüskarları diqqət mərkəzində saxlamalıdır.”

Bir çox azad ticarət zonasının problemi odur ki, sadəcə böyük şirkətlər üçün dizayn ediliblər deyə bildirən Ma: “Biz düşünürük ki, kiçik şirkətlər üçün də azad ticarət zonaları olmalıdır: 24 saat gömrük rəsmiləşdirməsi ilə bərabər 1 milyon $-ın altında olan ixraclara da tarifsiz olmalıdır.”

Ma eWTP-nin “4-T” ilə əlaqəli olduğunu deyib: Təlim, Ticarət, Texnologiya və Turizm.

eWTP özəl sektor qaynaqlı bir təşəbbüsdür və Rwandadan sonra digər ölkələrdə də tətbiq ediləcəkdir. “Biz ağlı və cəsarəti olan hökümətləri kiçik biznesləri dəstəkləməyə inandırmaq istəyirik...vizyonumuz budur.”

Qaynaq: Davos 2019

www.weforum.org

Bütün xəbərlər