Şirkətinizin maliyyə sağlamlığına kömək edəcək 6 dərman

 

  1. Rəqəmlərinizdən xəbəriniz olsun.

Biznesinizi həmişə problemlərdən təmizlənmiş bir halda saxlamaq üçün rəqəmlərlə yaşamalısınız, buna gəlir, payrol, xərclər vəsairə, daxildir. Rəqəmlərlə aranızın yaxşı olmaması bir bəhanə olmamalıdır. Elektron tablolar və balansları oxumaq, maliyyə modelləri və proqnoz satışları yaratmaq yollarını öyrənin və müvafiq əlavə xərclərin nəzərə alındığından əmin olun. Əgər satışlarınız onlayn reklamlar, ya da tədbirlərə sponsor olduqdan sonra artıbsa demək ki, marketinqiniz yaxşı işləyir. Amma nə qədər xərclədiyinizi və bunun nə qədərinin sizə qayıtdığını yoxlayın. İnvestisiyanızın nə qədərinin sizə qayıtdığını bilmək bir daha bu miqdarı həmin iş üçün ayırıb ayırmayacağınıza qərar verməkdə sizə kömək edəcəkdir.

bizneslərinmaliyyəsağlamlığı

  1. Fakturalandırmalarınızı tezləşdirin.

Hesab fakturları nə qədər tez göndərsəniz o qədər tez ödənişləri əldə edərsiniz. Hər həftənin bir gününü hesab faktura günü olaraq təyin edə bilərsiniz.  Bu təkrarlanan fakturlandırma yolu ilə ertələmək, ya da yaddan çıxarma kimi problemlərdən xilas ola bilərsiniz. Gecikmiş fakturalandırma və balans eyni ilə gecikmiş ödəniş və faiz deməkdir, bu isə sizin ehtiyatlarınızın tez bir zamanda tükənməsinə gətirib çıxara bilər. Vergilərinizi vaxtında ödəyin, aylıq fakturlandırmalarınızı izləyin və biznesinizin bank hesabları vasitəsi ilə avtomatik fakturlanadırma sistəmi qurmaq variantını nəzərdən keçirin.

  1. Biznes və şəxsi məsələləri ayırın.

Bir çox sahibkar startup xərclərini öz hesabından ödəsə də, şirkət böyüdükcə aradakı sərhəddi müəyyənləşdirmək çox yaxşı bir təcrübədir. Biznesin ayrı hüquqi bir varlıq olaraq qurulması sizin şəxsi varlığınızın hər hansı bir iflas və yaxud da bir günahlandırma qarşısında qorunmasını sığortalayır. Öz şəxsi hesabınız ilə biznesinizin bank hesablarını ayırmağınız bu xərcləri də bir birindən ayırmağınızı asanlaşdıracaqdır (bir çox biznes xərcindən də vergi çıxılabilər). Biznes xərcləriniz üçün biznes bank hesabınızdan istifadə edərək fakturalar yazın, özünüzə aylıq əmək haqqı ödəyin və bütün xərcləri izləyin.

  1. Real vaxt xərclərinizi izləyin

Əgər faktura kağızlarını ayaqqabı qutusu ya da şkaflarda saxlayırısınızsa bu vərdişinizə dərhal son verməlisiniz. Nə vaxt biznesiniz üçün pul xərcləsəniz bunu qeyd edin, necə bir sistemdən istifadə edəcəyinizə özünüz qərar verin. Bu xidməti verən proqramlardan istifadə edə bilərsiniz.

  1. İşçi qüvvənizi optimallaşdırın

“Ağıllı işləyin, daha çox deyil” sadəcə bir korporativ ifadədən ibarət deyil.  İşçi qüvvəsinin optimallaşdırılması işçilərinizin necə işlədiyini və biznes hədəflərinə çatmaq üçün bu iş gücündən necə istifadə edilməli olduğunu bilməkdir. Əgər hələ də istifadə etmirsinizsə bir vaxt cədvəli tətbiqindən yararlanmağa başlamalısınız. İşçi qüvvəsini optimallaşdırmaq həm də özünüzün hansı işləri nə vaxt ve necə görəcəyinizi müəyyənləşdirəcəkdir. Bu, sizə doğru insanlardan (özünüz da buna daxil olmaqla) ən yaxşı şəkildə səmərəlilik əldə etmək imkanı verəcəkdir.

  1. İşçinin rifahına diqqət yetirin.

Biznes idarəsi çox stresli bir işdir, amma şirkətiniz maliyyə olaraq uğur əldə edə bilməzsə onda işçiləriniz də stresli və həvəssiz olacaqdır. Həvəsli, hörmət edilən və motivasiyalı işçilər digər məmnun olmayan işçilərdən 20 % daha səmərəli iş görürlər. Buna görə komanda səyinə xüsusi diqqət yetirmək, işçilərinizi təqdir etmək və onlara ortaq olduğunuz bir nöqtəni xatırlatmaq lazımdır: hərkəsin rahatlıqla işləyə biləcəyi mükəmməl bir iş yeri formalaşdırmaq.

 

13/05/2019

Bütün məqalələr