Məşhur Mühasibatlıq Skandalları (1) Lehman Brothers

Şirkətlərin mühasibatlıq sahəsinin etibarlı strukturlarla bəslənməsi çox vacibdir. ABŞ-da baş vermiş bu mühasibatlıq skandalı bunu sübut edir.

Beynəlxalq maliyyə şirkəti Lehman Brothers  2008-ci ildə şirkətin zəhərli aktivlərini* 50 milyard dollara Cayman Adası banklarına satırlar. Bununla şirkətə 50 milyard gəlir gətirib həm də *sürətlə dəyərsizləşən 50 milyard dollarlıq maliyyə aktivlərindən xilas olurlar. Amma heç kimin bilmədiyi Lehman şirkətinin bu aktivləri bir daha geri almağa məcbur olduğu idi.

Lehman Şirkətinin idarəçi heyəti və auditorlarının həyata keçirdiyi (bu günahlandırma məhkəmədə dəlil yetərsizliyindən isbata yetirilməyib və heç kimə cəza verilməyib) bu mühasibatlıq skandalı şirkət iflas etdikdən sonra aparılan araşdırmalar nəticəsində ortaya çıxır amma isbat edilə bilmir.

Maraqlı bir fakt da odur ki, bu şirkət skandaldan 1 il əvvəl, yəni 2007-ci ildə Fortune Jurnalı tərəfindən "ən sevilən, etibarlı şirkət seçilir".

Qaynaq: https://www.accounting-degree.org/scandals/

02/05/2019

Bütün məqalələr