Göz ardı etdiyiniz İnsan Resursları ölçüləri!

 Göz ardı etdiyiniz İnsan Resursları ölçüləri!

  1. Vakansiyanı Bağlamaq üçün Xərclədiyiniz Vaxt: Vakansiyanın ortaya çıxdığı andan bağlandığı vaxta qədər keçən zamandır (yeni namizədi işə götürmə üçün keçən vaxt!). 2017 statistikalarına görə (SHRM) ortalama bağlanma periodu 36 gündür, bu uzun bir vaxtdır və sizi zaman, pul və yaxşı namizədlərdən edə bilər.
  2. Referans Nisbəti: Şirkət daxilindəki işçilərdən neçə nəfərin, ortaya çıxan vakansiya üçün məsləhət gördüyü bir namizədi tövsiyyə etməsidir. Əgər bir işçiniz tövsiyyə etmək üçün gecikirsə bu yaxşıdır! Frances Vilkə görə bu gecikmə namizədin yaxşı olması ehtimalını gücləndirir. Çox şirkət inanır ki, referans yolu ilə vakansiyanın bağlanması ən effektiv yoldur. Deloitte-in 2017-ci ildə həyata keçirdiyi qlobal araşdırmasına görə şirkətlərin 51% -i ən çox  referans variantını istifadə etdiklərini bildiriblər. Buna görə işçi referans proqramınızı inkişaf etdirin.
  3. Hər işə götürmədə gedən xərc: Bir vakansiyanı bağlamaq üçün xərclənən rekruter xərcləri, reklam və referans xərclərdir. Hər vakansiyaya gedən xərci bilmək liderlərə büdcə formalaşdırmaqda və gələcək planlamada çox kömək edir. SHRM-in 2017-ci ildə verdiyi məlumata görə hər vakansiyaya gedən ortalama xərc 4,425 dollardır.
  4. Vakansiyanın qaynağı: Bu isə vakansiyanın haradan gəldiyini ölçür. Bu qaynağı bilmək rekrutment strategiyasını formalaşdırmaqda, vaxtdan və sərmayədən qənaətdə sizə kömək edəcəkdir.
  5. İşçi dövriyyəsi nisbəti: Hansı işçilərin şirkətdən (könüllü ya da məcburi) ayrıldığını ölçür. SHRM-ın verdiyi məlumata görə illik ortalama dövriyyə 18%-dir. Yüksək dərəcədə potansial gördüyünüz işçiləri nəzərə alaraq, onların karyeralarının hansı periodunda işdən ayrıldığını ortaya çıxarıb həmin vaxtlarda onları saxlamaq üçün daha çox səy ortaya qoya bilərsiniz.

 

  İstifadə edilən Qaynaq: Glassdoor

29/04/2019

Bütün məqalələr