Öz Bazarını Ortaya Çıxaran Şirkətlər və Fərqləri

Yenilikçi biznes modelləri dünyanı dəyişir. Necəmi? Son vaxtların ən tanınmış şirkətlərinin biznes modelləri çox fərqlidir. Məsələn, Uberin dünyanın ən böyük taksi şirkəti olmasına baxmayaraq heç bir ədəd belə olsun taksiyə sahib deyil.

müvəffəq şirkətlər

Bu cür yeni biznes modelləri xidmətin keyfiyyətini ön planda tutaraq iqtisadiyyatda destruktiv bir şəkildə yeni bir bazarın ortaya çıxmasına səbəb olur. Bu şirkətlərdən ən müvəffəq olan ilk beşi belədir:

  1. Airbnb

Airbnb insanların onlayn platforma üzərindən qalacaq yer icarəyə vermək və axtarmağı (tək otaq, yaşayış binası, ev...) sadəcə əməliyyat ödənişi qarşılığında reallaşdırır.

Gizli Sousu: Dünyanın ən çox qalacaq yer təminatçısının sahib olduğu tək bir otağı belə yoxdur. Airbnb qalınacaq yerləri ev sahiblərindən icarəyə götürmək yerinə, onlarla ehtiyacı olanları birləşdirir. Şirkətin biznes modeli səhm iqtisadiyyatı və ev sahiblərinin ev və ya otaqlarını tanımadıqları insanlara icarəyə vermək istəklərinin olduğuna olan inanc üzərinə qurulub.

 

  1. Alibaba

Alibaba Group dünyanın ən böyük (onlayn) pərakəndə şirkətidir.

Gizli Sousu: Amazon ilə fərqi odur ki, Amazon məhsulları əvvəlcədən satın alıb daha sonra isə öz infrastrukturundan istifadə edərək onları müştərilərinə satır. Alibabanın əsas əməliyyatı isə müştərilərlə satıcıları əlaqələndirməkdir. Hələlik, çinli satıcıları dünyanın çox yerindəki müştəriləri ilə birləşdirir. Alibabanın dəyəri satılan məhsullarda deyil, software interfeysindədir.

 

  1. Hilti

Hilti Lixtenşteynin, xüsusi ilə mütəxəssilərin istifadəsinə təqdim edilən inşaat, təmir və mədən sənayesi məhsullarının inkişafı, istehsalı və satışı ilə məşğul olan beynəlxalq şirkətidir.

Gizli Sousu: Hilti bazarı satın alma yerinə icarəyə götürmək biznes modeli ilə tamami ilə dəyişdirdi. Onlar gördü ki, müştərilərinin ehtiyacı bir qurğuya və alətə sahib olmaq deyil, sadəcə doğru zamanda  doğru qurğu və alətdən istifadə etməkdir. Şirkət sadəcə qurğu və alətlərin təmirini edir və müştərilər bu alətləri nə vaxt və nə qədər müddət istəsə icarəyə götürəbilir.

 

  1. IKEA

Ev aksesuarları və yığılabilən mebellərin dizaynı ve istehsalı ilə məşğul olan şirkətlər qrubudur.

Gizli Sousu: Biznes modelinə qlobal qaynaqlı parçalar, şəhər ətrafı depolar, keyfiyyətli, ucuz və incə Avropa dizaynına sahib məhsullar və kofe mağazalarının, restoranların iç məkan qurğuları daxildir.

 

  1. Tesla

Tesla Motors, Inc. elektrik avtomobillərini, elektrikli nəqliyyat vasitələri ilə təchiz edilmiş elektrik mühərrikləri komponentlərini və batareya məhsulları dizayn edən, istehsal edən və satan ABŞ-ın avtomobil və enerji saxlama şirkətidir. Bazara güclü kütləvi bazar elektrik avtomobillərinin gətirilməsi ilə dayanıqlı  nəqliyyatın inkişafına sürət vermək məqsədi daşıyır.

Gizli Sousu: Geniş miqyaslı yüksək keyfiyyətdə xidmət təqdim edərək tesla elektrik avtomobillərinin istifadəsini asan və sadə hala gətirir. Bu müsbət təcrübə isə hər 10 Tesla istifadəçisindən 9-nun avtomobilini başqa bir müştəriyə məsləhət görməsinə gətirib çıxarır. Daha çox böyümə əldə etmək üçün, Tesla infrastrukturuna çox böyük yatırımlar edir.

 

İstifadə edilən qaynaq: https://www.whataventure.com/blog/

09/04/2019

Bütün məqalələr