Şirkətlərin Mühasibatlıq Səhvləri (2)

Qeydiyyatların bank hesabları ilə eynilik təşkil etməməsi

Biznesinizin, hesablarınız ilə tutarlı olması çox vacibdir. Eynilik prosesi hesab balansınızın öz hesabatlarınız ilə fərqli olmamasıdır, həqiqi balans ilə bank hesabının üst üstə düşməsindən əmin olmaqdır.

mühasibatlıq səhvlikləri

Bəzən, kiçik xərclərin qeydiyyata alınması gözdən yayına bilər. Hesablarınızı qarşılaşdırmağınız sizin maliyyə statusunuzu dəqiq bir şəkildə izləməyinizə imkan verir.

Kiçik bizneslər hər ay sonunda bu hesabatları qarşılaşdırmalı və hər hesabın dəqiqliklə qeyd olunduğunu təsdiq etməlidir.

Kiçik əməliyyatların qeydiyyatının unudulması

Sizin biznesiniz kiçik əməliyyatları  necə idarə edir? Çox kiçik əməliyyat xərclərinin qeydiyyatı çox vacib görünməsə də, amma nə olursa olsun, biznesinizin ən kiçik əməliyyatının qeyd edilməsi lazımdır.

Hər əməliyyatın nağd olaraq həyata keçirildiyi pərakəndə satış mühitində bu xüsusi ilə vacibdir. Ediləcək ödəniş çox cüzi olsa belə, kuryer xidməti üçün ortaya çıxan əməliyyat xərclərini də qeyd etmək əhəmiyyətlidir.

Kiçik əməliyyatların qeydiyyatı böyük əməliyyatların idarəsini də asanlaşdırcaqdır. Kiçik əməliyyat xərclərinizi qeyd etməyiniz həm də şirkətiniz böyüyüb bu əməliyyatların daha da artacağı gələcək iş illərində işinizi asanlaşdıracaqdır.

Mühasibləriniz ilə olan kommunikasiya əksikliyi

Mühasibinizin biznesinizdə nələr baş verdiyindən xəbəri varmı? Əməliyyat xərclərinizin qeydiyyatının tutulmasından daha vacibi bu hesabatların mühasibinizə doğru bir şəkildə çatdırılmasıdır.

Aradakı kommunikasiya əksikliyindən dolayı raport edilməyən əməliyyatlar ciddi problemlərə səbəb olacaq və işinizi daha da artıracaqdır.

Bunun əksini etsəniz, yəni ən kiçik əməliyyatınızı mühasibinizə xəbər etsəniz, bütün gəlir və xərcinizə nəzarət asanlaşacaqdır.

Layihələrə ayrılan büdcənin dəqiq olmaması

Şirkətiniz layihələri dəqiq büdcə təyin etmədən başladır? Bir layihəyə gerçəkləşə biləcək xərcləri bilmədən başlamaq təxmin etdiyinizdən daha çox xərcləyəcəyinizə səbəb olacaqdır. Dəqiq büdcə qurulmadan başladılan layihələr edilən investisiyanın qaytarılmasını çətinləşdirəcəkdir.

Bütün məqalələr