Şirkətlərin Mühasibatlıq Səhvləri (1)

1. Mənfəətin həmişə maliyyə axını olduğunu fərz etmək

Yenicə 50.000 manatlıq bir sifariş aldınız və bunu 3 aya çatdırmağı planlaşdırırsınız. Bu sifariş üçün sizin xərciniz isə 20.000 manat olacaqdır. Buna görə də siz sifarişi çatdırmadan 30.000 manatlıq mənfəət qeyd edirsiniz.

Bu böyük səhvdir. Bəlkə bu sifarişi hər hansı problemdən ötürü 3 aya deyil 6 aya çatdırdınız. Belə olsa 20.000 manatlıq xərc artıq qeyri müəyyən olacaqdır. 

Şirkətlərin Mühasibatlıq Səhvləri

Hər anlaşmanı gəlir olaraq yazmaq həvəsləndirici olsa da, bunu etmək şirkətinizi olduğundan daha sağlıqlı göstərəcəkdir və biznesinizin həqiqi vəziyyətindən daha uzaq bir görüntü verəcəkdir.

2.  Mühasibatlığı lazımı qədər ciddiyə almamaq.

Səmərəli bir mühasibatlıq üçün hər şeyi qeyd etmək lazımdır. Kiçik alış verişlərdən, müştəri və sifarişçilərdən gələn böyük ödəmələrə kimi hər şeyin qeyd edilib kateqoriyalara ayrıldığından əmin olun.

Kiçik ya da, böyük olduğundan asılı olmayaraq, şirkətinizin mühasibatlığını nə qədər ciddiyə alsanız biznesinizin sağlığı və xüsusi bir periyodda nə qədər yaxşı ya da pis olduğunu o qədər dəqiq və etibarlı bir şəkildə görə bilərsiniz.

Fərqli növlərdəki aktivlər və borcların kateqoriyalara ayrılmasından, aylıq hesabat və qeyiyyatların nəzarətinə kimi, biznesiniz üçün ciddi hesabat və mühasibatlıq sistemi qurmaq maliyyənizi sığortalayacaqdır.

3.  İşçiləri və podratçıları ayırd etməmək

Biznesinizə işçilərinizi varmı? Əgər varsa, onlar öz işçilərinizdir yoxsa müqaviləli şirkət ya da insanlardır? İşçi və podratçı arasında çox böyük fərq vardır, bu fərq hesabatlarınızda qeyd edilməlidir.

Bir işçi və podratçının arasındakı fərqi anlamaq, bu fərqin mühasibat nəticələrində və biznesinizin hesablarının səhv bir şəkildə qeyd edilməməsi üçün vacibdir.

4.  Bütün mühasibatlığı biznes sahibinin idarə etməyə çalışması

Bütün hesabat və mühasibatlığınızı “evdə” həll edirsiniz? Limitli bir büdcəyə sahib kiçik bir biznes sahibisinizsə xərcləri azaltmaq üçün mühasibatlığınızı özünüz idarə etməyiniz sizin üçün çox cazib olacaqdır. Bunu etmək biznesinizin xərclərini azalda biləcəyi kimi artıra da bilər. Bir mühasib ya da bu xidməti təmin edən outource şirkəti sizin üçün maliyyəti artırsa da bu sizin xərclərinizi azaltmayacağı mənasına gəlmir.

Vergi endirimlərindən, sizin görməyinizin çox çətin olduğu amma bir mütəxəssisin gözündən yayınmayacaq səhvlərə qədər, “evdən” idarə etdiyiniz mühasibatlığınız xərcinizi azaltmaq imkanını əlinizdən alacaqdır.

İstifadə edilən qaynaqlar:

bplans.com

 

 

Bütün məqalələr