Kiçik biznesiniz üçün 5 faydalı mühasibatlıq məsləhəti

Kiçik biznes sahibisinizsə mühasibatlığınızı həmişə diqqət mərkəzində saxlamalısınız, çünki nəzarət altında olmayan borclar, gəlirlər, hesabatalar və xərclər şirkətinizin qısa müddətdə iflasına gətirib çıxara bilər.

Kiçik biznesiniz üçün 5 faydalı mühasibatlıq məsləhəti

Şirkətinizi, sadə hesabat strategiyalarını tətbiq edərək qoruyabilərsiniz. Biznesinizin böyüməsinə çox faydalı olacaq 5 mühasibatlıq məsləhətini sizə təqdim edirik.

1.   Ya mühasib işə almalı, ya mühasibatlıq proqramı satın almalı ya da bu ximdəti outsource etməlisiniz.

Təşəbbüskarlar nə qədər maliyyə, satış və marketinq departamentlərinin idarəsini öz öhdəliklərinə götürməyə hazır olsalar da (bunu xərcləri ən aza endirmək üçün edirlər), səhvlərin üst üstə gəlməməsi üçün bir mühasib işə almalısınız. Çünki bir kiçik səhv digər hesabatların da səhv nəticələnməsinə səbəb olacaqdır. Başlanğıc olaraq yarım ştatlı bir işçi işə götürə bilərsiniz. Ya da mühasibatlıq proqramlarını öyrənməyə vaxtınız və həvəsiniz varsa bu tətbiqlərdən büdcənizə uyğun olanını seçib satın ala bilərsiniz. Bunun xaricində əgər vizyon olaraq gələcəyə ümidlə baxırsınızsa mühasibatlıq işlərinizi bir outsource şirkətinə əmanət etməlisiniz çünki böyümə hədəfiniz həyata keçərsə hesabat işləriniz də artacaq və bunun nəticəsində yeni işçilər işə almalı olacaqsınız. Mühasibatlıq uçotunuzun eyni şirkət tərəfindən qurulub idarə edilməsi həm işlərinizi asanlaşdıracaq həm sizin iş dünyasında daha peşəkar bir şirkət olmağınıza kömək edəcək, həm vaxtınızı artıracaq, həm də xərclərinizi azaldacaqdır.

2.   Gəlir hesabatlarını borc fondlarından ayırın.

Kiçik biznes sahiblərinin maliyyə dəstəyinə və başlanğıc kapitalı, marketinq kampanyaları və digər əsas inventarlar üçün kreditə ehtiyacı vardır. Borcların gəlirlərlə qarışmamasından əmin olmaq üçün gəliri borc fondlarından ayrı tutacaq software proqramlarından istifadə edin. Bunu etməklə, nəyin sizə aid olduğunu və nə qədərinin kreditlərə ödənməli olduğunu həmişə göz önündə tutursunuz.

3.   Müştərilərinizin ödəmələri gecikdirməsinə izin verməyin.

Alınacaqlar sütunun dolu olması yaxşıya əlamətdir, ancaq ödənişlərin bank hesabınıza yatana qədər sayılmadığı da bir faktdır. Müştərilərin müntəzəm ödəmə vaxtlarını gecikdirməsinə izin verməyin. Ödənişlər edilmədən yeni mal və ya xidmət satışını təxirə salın.  Alınacaqlara nəzarət şirkətinizin batmadan yoluna avam etməsi üçün çox vacibdir. Buna görə də hesab fakturalarınızı daha da inkişaf etdirməlisiniz.

4.   Gələcək həftələrə də büdcə ayırmaq üçün günlük xərclərinizi detallı bir şəkildə qeyd edin.

Şirkət içində çıxan günlük xərclərin qeydiyyatını aparmaq çox yaxşı bir fikirdir. Hər iki həftədən bir payroll məqsədli edilən qeydiyyat yerinə günlük ya da, həftləik qeydiyyata üstünlük verin. Günlük və həftəlik büdcə hesbatları sizin gələcək həftələrdə ehtiyacınız olan büdcəni də aydınlaşdırır.

5.   Aylıq minimum mənfəətinizi hesablayın.

Hər hansı bir kiçik biznesi ayaqda tutmaq üçün lazım olanları planlarkən, rəqəmlər çox qarmaşıq bir hal ala bilər. Hər ay ehtiyac duyduğunuz minimum gəliri dəqiq bilmək üçün dəqiq bir xərcləmə sistemi fikirləşib qurmalısınız. Çünki gəliri hesablamaq çox asandır, ona görə də qazanmalı oluğunuz hədəfi ortaya çıxarın. Bunun çox dəqiq olmasına diqqət yetirin çünki bu dəqiqlik olmasa mühasibatlığınız çox qarışıq bir hal alar və bundan biznesiniz çox zərər görər.

Mühasibatlıq, şirkətin qurulduğu ilk gün çox vacib olduğu kimi bundan sonrakı bütün günlər də həmişə diqqət mərkəzində olması lazımdır. Buna görə də günlük əməliyyatlarınızı yerinə yetirərkən bu beş məsləhətdən istifadə etməlisiniz.

Bütün məqalələr