Şirkətinizin mühasibatlıq departamentinin xərclərini necə azalda bilərsiniz!

 

İşlərinin bir təbiəti olduğu üçün, mühasibatlıq departamenti işçiləri xərcləri azaltmağa çalışır. Faktiki olaraq mühasibatlıq departamentinizin səmərəliliyini xərcə nəzarət programı tətbiq edərək, israfı aradan qaldıraraq, outsource edərək, arxa-ofis mühasibatlığının yerini daha səmərəli bir sahəyə köçürərək, yağsız mühasibat kimi qeyri-ənənəvi metodlardan istifadə edərəkmüştəriləriniz üçün əlavə dəyər ortaya çıxararaq artıra bilərsiniz.

Xərcin Azaldılması

Xərcləri azaltmağın və mənfəətinizi artırmağın ən asan yolu bütün şirkətinizi xərcə nəzarət və xərci azaltma proqramları ilə tanış etməkdir, buna mühasibatlıq departamenti də daxil olmaqla. Xərc azlatmaq üçün işarələdiyiniz hədəfləri çox məntiqli bir şəkildə seçməlisiniz, əks təqdirdə şirkətinizin böyüməsinin qarşısını almış olarsınız. Marketinq strateji yönündən baxsanız müştərilər üçün dəyəri, onların ehtiyacını qarşılamağı diqqət mərkəzinə alaraq formalaşdırırsınız; bir mühasib isə, bu dəyəri israfı ortadan qaldırararaq ortaya çıxarır.

5S Analizi

5S analizi israfı ortadan qaldıraraq xərci azaltmağın 5 addımı  deməkdir, ingiliscə sort (seç-bütün faydasız əşyaları ortaya çıxarıb, atın ), straighten (düzəlt- ofis mebellərini və oturma qaydasını ən səmərəli hala gətirin), scrub (fırçala-iş sahəsini təmizləyin və dinc bir hala gətirin), systematize (sistemə sal-təmizləmə prosesini periodik cədvələ salın), və standardize (standardlaşdır-5S analizini şirkət əməliyyatlarına tətbiq edin, monitorinq prosesi də buna daxl olmaqla) fəalliyətlərinə görə 5S adlanan bu analiz tədricən tətbiq olunan metodik bir prosesdir.

Outsourcing

Şirkətin, daxili fəaliyyətlərinin bir hissəsinin xarici podratçılarla müqavilə bağlanaraq həyata keçirilməsi outsourcinq adlanır. Xərclərinizi azaltmaq və səmərəliliyin artırılması üçün maliyyə mühasibatı, mühasibat uçotu və hesabatlandırma kimi gündəlik fəaliyyətləri outsource edə bilərsiniz. Əməliyyat və kapital investisiya xərclərinin azaldılması; daha əlverişli texnologiya, bacarıq və təcrübədən istifadə etmək; sürətləndirilmiş böyümə; etibarlılıq və yaxşı bir imicə sahib olmaq üçün outsourcinqi tərcih etmək daha məqsədə uyğundur.

Arxa Ofis Mühasibatlığı

Mühasibatlıq və insan Rerursları kimi biznes əməliyyatlarını dəstəkləyən amma onlara bir başa təsiri olmayan inzibatı funksiyalar arxa ofis mühasibatlığı adlanır. Ön ofis isə, əksinə, şirkətin müştəri ilə əlaqədə olan hissəsini və biznesin inkişafı və satış kimi müştərilərlə işləməyi içinə alan funksiyaları təmsil edir. Əgər böyük bir şirkətsinizsə, arxa ofis mühasibatlığınızı daha az xərc çəkəcəyiniz yerə köçürərək mühasibatlıq departamentinizin xərcini azalda bilərsiniz.

Yağsız Mühasibatlıq (Lean Accounting)

Yağsız mühasibat (lean accounting) yüngül istehsal (lean manufacturing) və yüngül düşüncəni (lean thinking) dəstəkləmək üçün şirkətinizin mühasibat, nəzarət, ölçü və idarəetmə proseslərinin ehtiyac duyduğu qeyri-ənənəvi sistemə verilən addır. Yağsız mühasibatlıqdan yararlanan şirkətlər istifadəçi dostu olan ən yeni hesabatlardan istifadə edərək və hədəfini müştəri üçün yaradılan dəyərə yönləndirərək qərar vermək üçün daha yaxşı məlumata sahib olur. Bu yağsız sistemdən isifadə edərək, xərclərinizi azalda bilər, müştərilərinizi artıra bilər, daha yaxşı nağd axınına sahib olabilər və səhmdarlarınız üçün daha yaxşı dəyər təklif edə bilərsiniz.

Bütün məqalələr