Mühasibatlıq Uçotu

Mühasibatlıq Uçotu

Mühasibatlıq Uçotu nədir? 6 Mühasibatlıq Sahəsi

Mühasibatlıq uçotu bir neçə sahəyə bölünsə də, çox vaxt bu sahələr bir biri ilə əlaqədə və iç içə olur. Mühasiblər özləri bu fərqləndirməni etmirlər amma yenə də mühasibat uçotunu sahələrə ayırmaq faydalıdır.

Mühasibatlıq Uçotu

Mühasibat uçotu maliyyə uçotu, idarəetmə uçotu, audit, vergi uçotu, fond mühasibatı, və ədliyyə mühasibatlığı sahələrinə ayrılır. Bu yazımızda maliyyə uçotu haqqında məlumat veriləcək.

Maliyyə Uçotu

Maliyyə Uçotu nədir?

Maliyyə uçotu şirkət daxilindəki məsuliyyətli şəxslərə və səhmdarlar, kreditorlar, hökümət agentlikləri də daxil olmaqla bütün paydaşlara vacib olan məlumatı lazım olan formada çatdırmaqdır.

Təşkilatın maliyyə vəziyyəti haqqında hesabat, maliyyə vəziyyəti haqqında periodik raportlama və  xarici tərəflərlə olan əməliyyatların nəticələri Balansı (maliyyə vəziyyəti haqqında hesabat), gəlir hesabatını (mənfəət və zərər hesabatı, ya da P&L), və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları əhatə edir. Maliyyə hesabatları kapital təchizatçıları olan səhmdarlar, istiqraz sahibləri və banklar tərəfindən əsaslandırılır. Müştərilər, təchizatçılar, hökümət agentlikləri və qanunverici orqanlar da bu məlumatdan istifadə edirlər.

İstifadə edilən qaynaqlar: investopedia.com

 

Bütün məqalələr