Sevilən, İnsan Resursları mütəxəssisi olmanın yolları.

“İnsan Resursları üçün müsahibə üsulları”, “İnsan Resurslarının yazılmamış qanunları” kitablarının müəllifi həmçinin, PepsiCo şirkətinin öncəki İR mütəxəssisi Allan Collins, hər zaman yeni fikirlərin müəllifi və dəstəkcisi olmuşdur. İnsan Resursları dünyasında mühüm yerə sahib olan Collins, hal-hazırda böyük şirkətlərin CEO və İR mütəxəssislərinə konsultasiya verməklə məşğuldur. Allan Colinsin İR sahəsindəki bəzi fikrilərini sizinlə bölüşmək istəyirik.

sevilən hr olmanın yolları

İnan Resursları mühümdür, lakin insanlarla olan ünsiyyət daha mühümdür.

Performans və qoyulmuş hədəfə çatmaq çox önəmlidir. Sizin qələbələrinizə, həmçinin iş dünyasında tanınmanıza  gətirib çıxaracaqdır, amma müəyyən bir nöqtəyə qədər... Əgər lider olmaq yolunda irəliləyirsinizsə, performansınızla yanaşı insanlarla qurduğunuz ünsiyyət də böyük məna daşıyır. Çünki sizi karyeranızda irəli aparacaq olanlar, məhz insanlardır.

Komandanız, aynanızdır.

İnsan Resursları idarəedicisisinizsə, sizin yanınızda olacaq insanları – komandanızı düzgün seçməlisiniz. Komandanızda yarana biləcək boşluqlar, sizin qarşınızda böyük əngəllərə çevrilə bilər.

Təmkinli olun.

Narsist insanlar iş dünyasında heç vaxt irəliyə gedə bilməyiblər. ”Ən yaxşı mənəm” deməniz sizi geriyə atacaqdır. Ona görə də hər zaman öyrənməyə açıq olun. Səhvlərinizi qəbul etməyi bacarın.

İnsanları dinləyin.

Bəzən başqalarnın fikirləri, sizinkilərdən daha doğru ola bilər. Qəbul etməyi bacarın, insanları dinləməyi bacarın.

Yeni fikirləriniz olsun.

Bacarıqlı və işini bilən İR mütəxəssisin beynində hər zaman yeni idealar, yeni proyektlər olmalıdır.

Keçmişdə deyil, bu gündə yaşayın.

Namizədlərinizdən “Nələri həyata keçirmisən” yox, “necə həyata keçirmisən” sualını soruşun. Mühüm olan təcrübə yox, bacarıqdır.

Zamanınızı düzgün idarə edin.

Hər gün görəcəyiniz işləri qeyd edin, daha sonra vaciblik səviyyəsinə görə ardıcıllıqla yerinə yetirin.

Müdir yox, lider olun.

Yeri gəldikdə, komandanıza xidmət göstərməyi bacarın. Onlara karyeralarında irəliləyə bilmələri üçün kömək edin, yol göstərin.

Qabiliyyət, ovlamağı bacarın.

Yeni qabiliyyətlərin kəşf edilməsindən məsul olan , İR mütəxəssisi bilməlidir ki, işinin peşəkarı olan işçini müəssisəsinə gətirmək üçün, onu maddi və mənəvi olaraq xoşbəxt etməyi bacarmalıdır.

İşini sevən İnsan Resursları idarəedicisi, ondan bəhrələnmək istəyən insanların yoluna işıq saçmağı bacarmalıdır. Bildiklərinizi paylaşmağınız, insanlara yön verməyə çalışmanız hər zaman sizi sevilən edəcəkdir.

Bütün məqalələr