Kapital (Sərmayə) Büdcəsinin Qurulması

Kapital büdcəsinin qurulması nədir?

Kapital büdcəsinin qurulması şirkətin dəyərini artırmaq üçün doğru layihə seçməkdir. Yəni kapitala büdcə quruluması ona görədir ki, təxmin edilən və ya planlanmış işlərə görə qoyulacaq sərmayə büdcədə yazılmış məbləğdən çox olmasın və sərmayə plana görə bölüşdürülsün.

Kapitala büdcə qurulması

Potansial olaraq yüksək miqdarda xərcləmə ya da, investisiya etmək seçimlərinin dəyərləndirilib qərara bağlanma prosesi kapital ya da, sərmayə büdcəsinin qurulması adlanır. Kapital büdcəsinin qurulması prosesi yeni ərazi almaq, yeni vasitə ya da inventar almaq kimi fəaliyyətləri əhatə edir. Ümumiyyətlə korporasiyalar karı artırmaq üçün belə layihələri həyata keçirməyə məcbur olurlar ya da ekspertlər tərəfindən onlara belə tövsiyə edilir, beləliklə səhmdarların səhm dəyərləri artır.

Bizneslərin, səhmdar dəyərini artıran və ideal olan hər layihə və fürsəti müsbət olaraq təsdiqləməsi məntiqlidir. Amma yeni layihələr üçün mövcud olan kapital məhdud olduğuna görə idarəçi heyət kapitala büdcə quraraq hansı layihələrin uyğun olan periodda daha çox geri dönüş edəcəyinə qərar verməlidir.

Kapital büdcəsinin qurulması məhsuldarlıq təhlili, xalis indiki dəyər, daxili gəlirlilik dərəcəsi, diskontlaşdırılmış pul vəsaitlərinin hərəkəti və geri ödəmə müddəti kimi müxtəlif üsulları əhatə edə bilər.

Hansı layihələrin digər layihələrə müqayisədə investisiya fondları alması barədə qərar qəbul etmək üçün üç məşhur üsul var. Bu üsullar səmərəlilik təhlili, DCF analizi və geri ödəmə dövrü təhlilidir.

İstifadə edilən qaynaqlar: investopedia.com

Bütün məqalələr