İş Yerində, Mobbinqə Məruz Qalmaq

Mobbinq nədir?

Qısacası – iş yerində bir neçə və yaxud bütün işçilərin, bir işçiyə qarşı birləşməsi. Müəyyən bir işçiyə qarşı düşməncə bəslənən duyğular və yaxud psixoloji qısnama.

Mobbinq

Dr.Heinz Leyman 1980-ci  illərdə, ilk dəfə olaraq mobbinq terminini istifadə etmiş və bunu iş yerlərində, işçiləri işindən bezdirmə kimi qələmə vermişdir. Heinz bildirmişdir ki, mobbinq həyata keçirən insanlar adətən nevrotik pozuntuları olan, iqtidar üstünlüyünü əldə etməyə çalışan, ya da, nüfuzunu itirmək qorxusu olan şəxslərdir.

Bəzi Mobbinq halları

  • İşçiyə, işini düzgün görmədiyini hiss elətdirmək.
  • Qısa müddət ərzində, həyata keçirilə bilməyəcəyi tapşırıqların verilməsi.
  • İşçinin yox sayılması.
  • Bəzi məlumatların, işçidən saxlanılması.
  • İşçiyə qarşı, qruplaşma yaratmaq.
  • İş məsuliyyətinin məhdudlaşdırılması.
  • İş xarici tapşırıqlar verilməsi.
  • İşçinin inamlılığının sorğulanması.
  • İşçinin təcrid olunması.
  • Komanda içində işçinin utandırılmağa çalışılması və s.

Qeyd olunmuş halları, daha da artırmaq mümkündür.

Bəzi müəssisələrdə, mobbinqlə qarşılaşan işçi, üst rəhbərlik idarəçilərinə düşdüyü vəziyyət haqqında məlumat verir ki, bəlkə çıxış yolu tapdı. Amma çəx təəssüf ki, bəzən eyni reaksiya ilə qarşılaşır və bu artıq işçinin istefasını yazmasının qaçınılmaz olduğunu göstərir.

Mobbinqin nəticələri

  • Nevroloji pozuntular.
  • Özünəgüvən hissinin azalması
  • Depressiya
  • Stress
  • İşinə olan sevginin azalması və s.

Əgər sizdə mobbinqə məruz qalanlardansınızsa, ilk öncə özünüzü müdafiə edib, haqlı olduğunuzu sübut etməyə çalışın. Lazım gələrsə mübarizənizi, idarə heyətinə çatana qədər davam etdirin. Özgüvəninizi itirməyin, siz özünüzə inanın ki, bu yolda sizə dəstək verən və inanan komanda üzvləri olsun. Yadda saxlayın ki, istefa ərizəsini yazıb, məğlubiyyəti qəbullanmaq heç bir zaman çıxış yolu deyil.

Bütün məqalələr