Korporativ Maliyyə

Korporativ Maliyyə Nədir?

Şirkətin, maliyyə və investisiya qərarları ilə məşğul olan bölməsidir. Korporativ maliyyə, əsasən uzunmüddətli və qısamüddətli maliyyə planlaması və müxtəlif strategiyaların həyata keçirilməsi yolu ilə səhmdar dəyərini maksimum dərəcədə artırmaqla bağlıdır.

Korporativ Maliyyə nədir

 

Korporativ maliyyə fəaliyyətləri kapital investisiya qərarlarından investisiya banklarına qədər dəyişir. Ümumiyyətlə bütün bu fəaliyyətlər maliyyə departamentini ortaya çıxarır. Eyni zamanda şirkətin bu ehtiyacı outsource olaraq da qarşılana bilər.

Fəaliyyətlərə misal olaraq böyük bir şirkətin, istiqraz buraxaraq və ya səhm (hissə) paylarını satmaq təklifi ilə vəsait artırmaq qərarını göstərmək olar. 

Startaplar, şirkətdə səhm qarşılığı mələk investor və təşəbbüskar investorlardan kapital qəbul edə bilərlər. Bir şirkət böyüyərək ictimaiyyətə açıq olmağı qərara alırsa, nağd pul artırmaq üçün ilkin olaraq, ictimaiyyətə ərzdə (IPO) fond birjasında səhmləri toplamalıdır.

Başqa bir misal da, kapitalının büdcə prosesinə və şirkəti böyütmək üçün hansı layihəni dayandırıb, hansını təsdiq edəcəyinə qərar verməyə çalışan bir şirkəti göstərmək olar.  Bu cür qərarlar, korporativ maliyyə sahəsinə aiddir.

Maliyyə nədir?

Maliyyə biri biri ilə əlaqəli iki fəaliyyəti təsvir edən geniş termindir: pulun necə idarə edilməsinin və vacib olan fondların əldə edilmə prosesinin araşdırılması. Maliyyə, bu sistemi təşkil edən pul, bank, kredit, investisiyalar, aktivlər və öhdəliklərin nəzarəti, yaradılması və araşdırılmasını əhatə edir.

Maliyyə sahəsində əsas konsepsiyaların əksəriyyəti mikro və makroiqtisadi nəzəriyyələrdən yaranır. Ən əsas nəzəriyyələrdən biri, əslində hal hazırdakı bir manatın gələcəkdəki bir manatdan dəyərli olduğunu söyləyən pulun vaxt dəyəridir.

Şəxslər, şirkətlər və hökümət orqanlarının fəaliyyət göstərə bilməsi üçün fondlar lazım olduğu üçün maliyyə sahəsi çox vaxt üç yerə ayrılır: şəxsi maliyyə, korporativ maliyyə və ictimai (hökümət) maliyyə.

İstifadə edilən qaynaq: www.investopedia.com

Bütün məqalələr