Şəxsi Maliyyə Nədir?

Maliyyə nədir?

Maliyyə biri biri ilə əlaqəli iki fəaliyyəti təsvir edən geniş bir termindir: pulun idarə edilməsi və vacib olan fondların əldə edilmə prosesinin araşdırılması. Maliyyə, bu sistemi təşkil edən pul, bank, kredit, investisiyalar, aktivlər və öhdəliklərin nəzarəti, yaradılması və araşdırılmasını əhatə edir.

Şəxsi Maliyyə nədir?, what is personal finance

Maliyyə sahəsində əsas konsepsiyaların əksəriyyəti mikro və makroiqtisadi nəzəriyyələrdən yaranır. Ən əsas nəzəriyyələrdən biri, əslində hal hazırdakı bir manatın gələcəkdəki bir manatdan dəyərli olduğunu söyləyən pulun vaxt dəyəridir.

Şəxslər, şirkətlər və hökümət orqanlarının fəaliyyət göstərə bilməsi üçün fondlar lazım olduğuna görə maliyyə sahəsi çox vaxt üç yerə ayrılır: şəxsi maliyyə, korporativ maliyyə və ictimai (hökümət) maliyyə.

 

Şəxsi Maliyyə Nədir?

Maliyyə planlaması ümumiyyətlə bir şəxsin ya da, ailəsinin hazırkı maliyyə vəziyyətini, və gələcək ehtiyaclarının qarşılanması üçün maliyyə məhdudiyyətləri də nəzərə alınaraq strategiyalar formalaşdırmağı əhatə edir.

Məsələn, fərdlər pensiya xərcləri üçün pul kənara qoymalıdır, bu o deməkdir ki, günlük, aylıq, illik və ömürlük planlama bir biri ilə əlaqəli olmalıdır, yəni biri digərinə maneə olmamalıdır. Şəxsi maliyyə insanın qazancı, yaşayış ehtiyacları, hədəfləri və arzularından asılı olan bir fəaliyyətdir. Bu cür maliyyə idarəsi şəxsi maliyyə adlanır.

Şəxsi maliyyə kredit kartları, sığorta, ipoteka və fərqli formalarda edilən yatırımları da əhatə edən maliyyə məhsullarının satın alınmasıdır. Bankçılıq da şəxsi maliyyənin bir parçası hesab edilir. Cari hesab, depozit hesabı eləcə də onlayn ya da, PayPal və Venmo kimi mobil ödəniş xidmətləri də buna daxildir.

 

İstifadə edilən qaynaq: www.investopedia.com

Bütün məqalələr