İnsan Resurslarını necə Outsource etmək olar?

İnsan Resursları kadrların tapılması və işə götürülməsi, ərizəçinin izlənməsi, bacarıqların inkişafı və izlənməsi, müavinətlərin idarə olunmasından və müvafiq hökumət tənzimləmələrinə riayətdən məsul şöbə və ya dəstək sistemidir.

insan resursları outsource

İnsan resursları departamenti şirkətin böyük, orta ya da, kiçik olmasından asılı olmayaraq işçilərin rifahının çox kritik bir parçasıdır. HR-ın məsuliyyətlərinə Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq işçilərin hüquqlarının tənzimlənməsi, əmək haqqı hesablanması (payroll), üstünlüklər, işə götürmə və işdən çıxarma kimi proseslər daxildir.

Bu məsələlərlə bağlı hər hansı bir qarışıqlıq sizin biznesiniz üçün böyük hüquqi problemlər yarada bilər, eləcə də işçi məmnuniyyətsizliyinə səbəb ola bilər. Kiçik bizneslər çox vaxt HR-ın nə kiçik detallarını həll edəcək büdcəyə nə də vaxta sahib olur, elə buna görə də onlar kadr ilə əlaqəli bütün işlərini outsource olaraq həll edirlər.

İnsan Resursları outsource xidmətləri ümumiyyətlə  4 kateqoriya altında birləşir: PİT-lər, BPO-lər, TXT-lər və e-xidmətlər. Outsource sözü çox geniş mənada istifadə edilir ona görə də ehtiyacınız olan xidmətləri almaq istədiyiniz outsource şirkətlərini yaxşı araşdırmağınız məsləhətdir.

Peşəkar İşəgötürən Təşkilatları (PİT) şirkətinizin İR departamentinin tamami ilə öhdəliyinə götürür. Şirkətinizin işəgötürən ortaqlarından biri halına gələrək işçiləriniz ilə əlaqəli bütün rəsmi öhdəlikləri həll edir; işçilərin seçilməsi, işə götürülməsi, işdən çıxarılması və maaşları da buna daxildir.

Biznes proseslərinin Outsource edilməsi (BPO) İnsan Resursları da daxil olmaqla bütün outsource xidmətlərini əhatə edən geniş bir sahədir. BPO özünü, ya bazardakı yeni texnologiyaları tətbiq etməklə fərqləndirir ya da, hazırkı  texnologiyaları yeni və sərfəli yollarla tətbiq edir. Xüsusi ilə BPO sizi, İnsan Resursları sisteminizin son texnologiyalarla dəstəkləndiyindən əmin edir.

Tətbiq Xidməti Təminatçıları İnternet üzərindən proqram təminatını istifadəçilərə icarəyə verir, bəzi TXT-lərdə İR təminatı da mövcuddur. Bu proqram təminatları sizə payroll və faydalar kimi prosesləri idarə etmə imkanı verir.

E-Xidmətlər Vebsayt dəstəkli olan İR xidmətləridir. BPO-lar və TXT-lər çox vaxt e-xidmət olaraq göstərilir.

 

 

İstifadə edilən qaynaqlar: entrepreneur.com

 

Bütün məqalələr