“Heç kəs həftəlik 40 saat işləməklə dünyanı dəyişdirə bilməyib”

Elon Muska görə həftədə 40 saat işləmək dünyada, yaxşı mənada heç bir şeyi dəyişdirmək üçün kifayət deyil. SpaceX-in sahibi qeyd edib ki, bu saatlar içində görülən işlər isə dünyada həqiqətən yenilik etmə qabiliyyətinə sahib beyinləri məşğul etmək üçün dizayn edilmiş bir sistemin parçasıdır.

işinizi sevin

Bəs Musk həftədə neçə saat işləməyi uyğun görür? Ona Twitter üzərindən bu sual soruşulanda o : “Davamlı olaraq 80 saat, ən çox isə 100 saat” deyə cavablandırıb. Bəs bu qədər işləmək insanlara necə təsir edəcək? Hamı bunun mümkünlüyünü öz beynində ölçüb biçərkən, Teslanın qurucu ortaqlarından biri olan Musk buna da bir analiz gətirir. O  bildirir ki, əgər işləmək üçün həvəsləndirici sözlərə ehtiyac hiss edirsinizsə, onda o işi heç görməyin. Çünki 47 yaşlı Cənubi Afrika əsilli milyarder inanır ki, əgər işinizi sevirsinizsə, çox vaxt heç işləmirsiniz deməkdir. O bildirir ki, sevgi tənliyin bir parçasıdırsa, onda  heç “iş” sözünü istifadə etməyə ehtiyac qalmır. Qeyd etmək lazımdır ki, Musk Silikon Vadisinin ən çox sevilən işəgötürənidir.

Əgər tarixə nəzər salsaq görərik ki, Musk əslində haqlıdır. Dünyanı dəyişdirən insanların həyatlarında əldə etdiyi nəaliyyətlərin normal bir insan ömrünə sığması mümkün deyil. Memar Sinanın arxasında 365 ciddi əsər buraxdığını fikirləşsək bunun nə demək olduğunu qavramaq heç də çətin olmaz.

Burada məsələnin iki ölçüsü vardır: Birincisi dünyanı yaxşı mənada dəyişdirmək istəyi, ikincisi isə bunu işini sevərək ya da, sevilən işi görərək etməkdir. Muskın vurğulamaq istədiyi, çox işləmək deyil amma sevdiyi fəaliyyəti həyata keçirməkdir, bu isə həftəlik ən az 80 saatınızı alacaqdır.

Bəs siz necə? Bir yenilik və yaxud da ki, faydalı bir dəyişiklik həvəsindəsiniz? Əgər elədirsə işinizi sevin ya da sevəcəyiniz o fəaliyyəti tapın. Unutmayın sevirsinizsə o artıq “iş” deyil.

Bütün məqalələr