NETWORKİNQ  XƏTALARI

İş dünyasında hələ, bir çox şəxs profesional network qurmanın, iş həyatına nə qədər müsbət artımlar edə biləcəyinin fərqində deyil. Rəhbər, İR mütəxəssisi və işçi olaraq qurulan münasibətlər, stratejik və daim qidalanmalı olan bir kanaldır. İş həyatımızda yanlış qurulmuş münasibətlər, network xətaları bizi çıxılmaz dalanlarla üzləşdirə bilər.

“Network qurmaq” dedikdə, dilimizə tam tərcümə etməkdə çətinlik çəkdiyimiz, lakin yaxın məna olaraq  ünsiyyət şəbəkəsi olaraq, qəbul edə biləcəyimizi düşünürəm.

Nəzər salaq ki, ünsiyyət şəbəkəsi adlandırdığımız, network düzgün yararlanmadıqda, iş həyatımızda nə kimi çətinliklərə yol aça bilər?

Yanlış Məkan

Uyğun bir network qurmaq üçün yer faktoru mühüm əhəmiyyət kəsb edir. Sektora aid hər bir tədbirə qatılıb və hər kəslə tanış olma istəyi, düzgün atılmış addım deyil. Önəmli olan hədəfə yönəlmiş, məqsədəuyğun bir şəbəkə yaratmaqdır.

Yanlış Vəzifə

Hansı vəzifədəki, hansı pillədəki insanın, sizin iş həyatınız üçün pozitiv nəticələr verəcəyini öncədən bilməniz lazımdır. Sizinlə eyni özəlliklərə sahib, eyni pillənin daşıyıcısı olan insanla şəbəkə yaratmağınız iş həyatınız üçün heç bir yenilik gətirməyəcək. Gələcəkdə özünüzü hansı pillədə görürsünüzsə, o insanlarla ünsiyyət qurmağa çalışın. Bu sizin kariyeranız üçün gün işığı ola bilər.

Sistemsizlik

Yüzlərlə vizit kartın dəyişdirildiyi bir tədbirdən gəldikdən sonra, əldə etdiyiniz kartları bir kənara atıb, ayırıb, hər vəzifəyə, şirkətə uyğun bölgüsünü etmirsinizsə, qurulmuş bu ünsiyyətin heç bir mənsı yoxdur.

Qısa müddətli ünsiyyətlər.

Qurulmuş networkun qalıcı və uzunmüddətli bir ünsiyyət şəbəkəsinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Bu səbəblə əldə etdiyiniz tanışlıqların qarşılıqlı faydalı olması üçün, ünsiyyəti davam etdirmək və fayda şəbəkəsi yaratmaq lazımdır.

Uzunmüddətli və davamlı network qura bilmək üçün, ən əsası üzünüzdən təbəssümü və xoş münasibəti əksik etməyin. Bol ünsiyyət şəbəkəsi diləyi ilə.

 

Bütün məqalələr