İşəgötürən Brendinqinə ehtiyacınızın olub olmadığını necə müəyyənləşdirmək olar? (II)  

İşlədiyiniz yeri sizdən soruşanda cavab verməyə çəkinirsinizsə bu şirkətinizin işəgötürən brendi haqqında çox şeyi izah edir.

employer branding in Azerbaijan

Ümumiyyətlə iş yerinin adını çəkməyə utananlar sadəcə işlədiyi departamentin adını deyərək vəziyyətdən uzaqlaşmağa çalışır. Şirkətlərin öz işçiləri tərəfindən müsbət mənada tanıdılması görəbiləcəyimiz nadir hadisələrdəndir.

Aparılan bir sorğuya görə, iştirakçlıların yarıdan çoxu dost və tanışlarına işlədiyi şirkətlə bir iş görməyi məsləhət görmür. Sadəcə 19% iştirakçı isə işlədiyi yeri bir iş yeri kimi tərifləyib. İş yerini və işini sevənlər isə bunu digər insanlara neçə çatdıracağını bilmir. İnsanlar yaxşı və gözəl hadisələri digərləri ilə bölüşməyə can atırlar. Sevincli olub bu sevincini gizlədən olmaz. Yəni bir baxıma işini və işəgötürənini sevən biriləri şirkətinin vəkili olmaq istəyir. İşəgötürən brendi isə həmin vəkili lazım olan arqumentlərlə təmin edir.

 

Rəqiblərinizin rekrutment reklamları sizin daha çox xoşunuza gəlirsə.

Çox vaxt biznes sahibləri elə başa düşür ki, bir reklam çarxı çəkməklə ya da rekrument kampaniyası başlatmaqla bu brend formalaşır. İşəgötürən brendi insan resursları və marketinq mətbəxindən keçən bir proses olduğu üçün sadəcə brendi reklam etmək, olmayan bir şeyi satmağa çalışmaq kimidir. Bu isə heç də məntiqli deyil. Brendin daxildə tətbiq edilməsi və uğurlu olması onun marketinqinin başladılması üçün çox vacib amillərdəndir. Rəqiblərinizin rekrutment reklamlarını görəndə heyran qalırsınızsa, bu hal, sizin işəgötürən brendinizin zəifliyindən xəbər verir. Bu o demək deyil ki, daha yaxşı reklamlar ortaya çıxarmaq lazımdır. İnsanlar brendlərə demək olar ki, bir insan kimi baxırlar və istəyəcəkləri ən son şey isə tanıdıqlarını zənn etdiklərinin çox fərqli çıxmasıdır. İşəgötürən brendi bir marketinq konsepti olsa da yadınıza salın ki, reklam yalan, ya da təhrif edilmiş olsa uzun vaxtda insanlardan rəğbət görməyəcəkdir.  Çünki artıq reklamın pisi, yaxşısı olur. 

Bütün məqalələr