Maliyyə Sənayesinin Gələcəyi və 5 böyük yenilik

Texnologiya heç şübhəsiz həyatımızın ayrılmaz bir parçası olmağa davam edir. Bununla da, insanlar gün keçdikcə işini dəqiq görən və emosiyalarına qapılmayan şəxlər tərəfindən verilən xidməti tərcih edəcəkdir. Məsələn; xidmət aldığınız bir şirkətə zəng edib, danışdığınız şəxsin həmin vaxt öz içində yaşadığı probləmlərdən ötrü öz mənfiliyini sizə nüfuz etdirməsinə məruz qalmadan, işinizi həll etmək istəməzsinizmi? Ya da cibində pul daşımaqdan, yaxud da alış-verişə vaxt ayırmaqdan azad olmağı kim istəməz ki? Texnologiya, maliyyə sahəsində də yeni eranın startını verib. Belə ki, 2016-cı ildə Forbes jurnalında qələmə alınmış bu məqalə dəyişikliklərin sürətini birüzə verir. Məqalənin adı “Önümüzdəki iki ildə Maliyyə sənayəsi üzərində təsiri olacaq 5 böyük dəyişiklik”dir.

Maliyyə sənayesi

1.Bank Texnologiyası yeni bir dövrə keçəcək. InDineronun CEO-su Jessica Mah deyib ki, bankçılıq dəyişir. Bu daha çox düyməli telefonlardan smartfonlara keçid kimidir. Asanlıq, bu dəyişikliklərin tərcih edilməsinin ilkin səbəbidir. Bitcoinlər isə bu virtual dünyanın ilk nişanəsidir.

2.Süni İntellekt daha da inkişaf edəcək. Botkeeperin idarəçi direktoru Louie Balasny, qeyd edir ki, AI inkişaf etdikcə, birbaşa raportlar və cədvəllərin sürətli bir şəkildə çatdırılması ənənəvi ay sonu mühasibatlıq prosesini, tarixin tozlu səhifələri arasında basdıracaqdır. 

3.Mağazalar bağlanacaq. DeepSky Qurucu və CEO-su W. Michael Hsu təxmin edir ki, texnologiya sadəcə əlçatan olmaqla qalmayacaq, bəzi divarları da yıxacaqdır. Hsu bildirir ki, 2010-11 ci illərdə sənaye elə bir vəziyyət ortaya çıxardı ki, hər CPA (sertifikalı mühasib) və mühasiblər ximətlərini outsource etməyə başladılar. Fikir çox sadə olsa da bunu icra etmək o qədər də asan deyildi. Hsu’ya görə dəyişikliklər bununla da qalmayacaq və önümüzdəki iki il ərzində bir çox mağaza bağlanacaq. Online alış-verişdəki problemlər ortadan qalxdıqca mağazaları onlayn alış-veriş mağazaları əvəz edəcək.

4.Proqram Developerlərinin sayı artacaq. Fourlane şirkətinin qurucu və CEO-su Marjorie Adams isə mühasibatlıq sahəsində proqram developerlərinin artacağını təxmin edir. “Artıq hərkəs öz proqramını qurmaq istəyir. Bunu etmək çox əlverişlidir və heç də maliyyətli deyil."

5.Avtomatlaşdırma nəticəsində daha çox təlimə ehtiyac yaranacaq. Texnologiya itehlakçılara xeyirli olacaqdır amma onlar bu texnologiyaya hazır olduqları müddətcə. Early Growth Maliyyə xidmətləri şirkətinin CEO-su David Enrenberg qeyd edib. O bildirir ki, insanların avtomatlaşdırmay texnologiyasına ayaq uydurmaları üçün təlim çox vacibdir. Aşağı səviyyə mühasibatlıq funksiyalarında avtomatlaşdırma istifadəsinin artdığını müşahidə edirik və bu da önümüzdəki 5 il ərzində mühasibatlıq xidmətlərinin çatdırılma şəklini tamami ilə dəyişdirəcəkdir. Mühasibatlıq mütəxəssislərinə isə istifadəçilərə bu platformaların onlar üçün nə həyata keçirib nə keçirə bilməyəcəyini öyrətmək qalacaqdır.

 

İstifadə edilən qaynaqlar:

Forbes Jurnalı, Avq 30, 2016, “Five Major Changes That Will Impact The Finance Industry In The Next Two Years”

Bütün məqalələr