Kiçik biznesinizin maliyyəsini necə idarə etməlisiniz? 7 Məsləhət!

  1. Qanuni vergiləri həmişə nəzarətdə saxlayın. Bunun üçün ya vergi konsultantı işə ala bilər, ya da bu xidməti outsource olaraq təmin edə bilərsiniz. Xidmətlərindən yararlanarkən kosnultantınıza gözləntilərinizi açıq bir şəkildə bildirin. Sizin üçün ən yaxşı vergi optimallaşdırma sistemini seçin. Maliyyə ili bitdikdən sonra vergi üçün olmuş ödənişlərin edilib edilmədiyini yoxlayın.                                               Kiçik biznes qurmaq, maliyyə idarəsi
  2. Böyüyərkən diqqətli olun. Böyümənin, ya da yeni filiallar açmağın sabit və stratejik bir plana uyğun olduğundan əmin olun. Genişləmək üçün qısa vaxtda böyük pul ayırmaq şirkət üçün fəlakətə səbəb ola bilər.
  3. Marketinq və ictimai əlaqələrinizin idarəsini öz nəzarətinizə alın. Bir marketinq strategiyası izləyin. Həyata keçirdiyiniz tətbiqlərin beynəlxalq və hədəfli olduğundan əmin olun.
  4. Almaq yerinə icarəyə götürməyi seçin. İcarəyə götürmək sizi təmir maliyyətindən və qısa bir period üçün lazım olacaq inventarlara ödənəcək ekstra xərcdən azad edəcəkdir. Mühasibatlıq, ya da insan resursları kimi işlərinizi də outsource etməyiniz də buna bir misal ola bilər. Ofisinizi mütləq daha sonra yeni bir yerə köçmək üçün kiralamalısınız.
  5. Borc almağı təxirə salmayın. Çox sıx görülən səhvlərdən biri də kredit və yaxud da borc üçün müraciət etməyib biznesin maliyyə olaraq çökməsini gözləmək və daha sonra müraciət etməkdir. Bu vəziyyətdə borc tapmaq və kredit almaq çox da mümkün olmayacaqdır. Biznesinizin maliyyə vəziyyəti yaxşı olanda borc almağı nəzərən keçirin. Aldığınız bu kreditlə genişləyə bilər, ya da təcili ola biləcək vəziyyətlərdə istifadə edə bilərsiniz.
  6. Əlinizə kifayət qədər kapital yığmağı unutmayın. Kiçik bizneslər ümumiyyətlə kifayət qədər kapitala sahib olmadıqları üçün startup mərhələsini keçə bilmirlər. Bunun qarşısını almaq üçün üç aylıq yaşayış xərcləriniz və üç aylıq biznesinizin xərclərinə ehtiyac duyduğunuz məbləği əlinizdə saxlayın.
  7. Vaxtından əvvəl xərcləməyin. Hər hansı bir faktiki gəlir əldə etməmişdən əvvəl biznes kartları, marketinq materialları, avtomobillər və ya inventarlara böyük məbləğlər xərcləməyin. Bu pul axını tıxanıqlığını ortaya çıxara bilər.

 İstifadə edilən qaynaq: finder.com

Bütün məqalələr