Kiçik biznesinizin maliyyəsini necə idarə etməlisiniz? 9 Məsləhət!

1. Mühasibatlığınızı düzgün idarə edin. Mühasib işə ala bilər ya da mühasibatlıq proqramı ala bilərsiniz. Amma mühasibatlıq proqramlarını öyrənmək və bu sahədə yaxşı məlumat sahibi olmaq vaxtınızı və enerjinizi aparacaqdır. Şirkətinizin bu ehtiyacını bu sahədə mütəxəssisləşmiş outsource maliyyə və mühasibatlıq şirkətlərinə də əmanət edə bilərsiniz. Gəlir və xərclərinizi bilmək şirkətin gələcəyi üçün çox vacibdir.

Kiçik biznesinizin maliyyəsini necə idarə etməlisiniz? 9 Məsləhət!2. Xərclərinizi gözdən keçirin. Bütün xərclərinizi qeyd edin. Bunları gözdən keçirməyiniz sərmayənizin daha çox nəyə xərcləndiyini ortaya çıxarcaqdır.

3. Maliyyə Proqnozları müəyyənləşdirin. Açıq və dəqiq proqnozlara sahib olmaq çox vacibdir. Bunu biznes planınızda qeyd edin. Sizin əsas biznes planınız gələcəkdəki mümkün maneələrin də qabağını alacaqdır.

4. Hesab Faktura əməliyyatlarını göz ardı etməyin. Məhsul və xidmət satdıqdan sonra hesab fakturaları göndərməyi gecikdirməyin. Ödəmə prosesi şərtini ən gec 7 günə təyin edin ki, yaddan çıxma ya da arada qaynama mövzusu yaşanmasın. Həmişə göndərdiyiniz hesab fakturaların gedib ünvanına çatdığından əmin olun. Hesab Fakturaları nömrələndirin və bunu ödəmələr olduğu zaman qarşılaşdırın.

5. Şirkətinizin bank hesabı ayrı olsun. Bu hər kəs tərəfindən bilinsə də qeyd etməkdə fayda var. Şəxsi hesabınızı və biznes hesabınızı qarışdırsanız əgər, izah edə bilməyəcəyiniz xərcləriniz və başınızı ağrıdacaq vergi problemləriniz olacaqdır.  Biznesinizin pulunu ayırmağınız qazancınızı dəqiqləşdirəcək və xərclərinizi izləməyinizi asanlaşdıracaqdır.

6. Biznesinizə verdiyiniz borcları qeyd edin. Yəni biznesinizə öz cibinizdən nə qədər xərcləyirsiniz bunları dəqiq olaraq qeyd edin. Qazanmağa başlayanda bu borcları qaytarmaq üçün asan bir yol olacaqdır həm də qeyd edilməyən borclar qazancdan çıxılmayacaq və bu sizin dəqiq nə vaxt qazanc əldə etməyə başladığınızı qeyri müəyyən bir hala salacaqdır.

7. İlk öncə özünüzə ödəmə etməyi unutmayın. Bu o demək deyil ki, qazancdan gələn bütün maliyyə vəsaitini cibinizə qoyun, gəlirin 10% ilə başlaya bilərsiz. Bu davamlı olaraq kənara pul ayırmağınızı asanlaşdıracaq və biznesinizin qazanclılığını test etməyinizə imkan verəcəkdir. Həm də bu yolla gözlənilməyən xərclərinizi sığortalamış olacaqsınız.

8. Qənaət edin. Maaşınızı özünüz versəniz də, biznes sahibi olmağınız sizi rahatlığa salmasın yəni maaşınızı mümkün qədər az olaraq müəyyənləşdirin və sadəcə dövlət tərəfindən məcbur edilmiş üstünlüklərdən faydalanın. İndi kənara qoyulan pul gələcək aylardakı variantlarınızı artıracaqdır.

9. Səyahət xərclərinizi minimuma endirin. Təmtəraqlı səyahətlərə pul xərcləməyin. Bu işçiləriniz tərəfindən yaxşı qarşılanmaz və geri dönüşü az olan lazımsız bir xərc ola bilər. Biznes səyahətlərinizi öz cibinizdən ödəyirmiş kimi planlayın.

Davamı bir sonrakı yazımızda...

 07/12/2018

İstifadə edilən qaynaq: finder.com

Bütün məqalələr