Sevilən Rəhbər Olmanın Yolları

“Forbes” in  dünya üzrə “mükəmməl şirkətlər” siyahısının lideri uzun zamandır “Google” olaraq qalır.Bir çox insanın düşüncəsinə görə,bu liderlik şirkətin verdiyi imkanlar və yüksək əmək haqqı ilə bir başa əlaqəlidir.Lakin bunun əsas səbəbi odur ki,”Google” işçilərin iş yerlərini deyil, rəhbərlərini tərk etdiklərini çox yaxşı bilir.

being a leader, leader's features,  how to be a leader, liderin xüsusiyyətləri

Bunun üçün “Google” rəhbər vəzifəyə aldığı hər bir işçi üçün xüsusi təlimlər keçir, bunun nə üçün edirlər?

Google-un “İnsan Əməliyyatları” şöbəsinin direktoru,Laszlo Bock bildirir ki:

“Hərtərəfli xoşbəxt rəhbər, xoşbəxt komanda idarə edə bilər”

Amma təbii ki, əvəzolunmaz rəhbər olmaq yalnız Google təlimləri ilə əlaqəli deyil.

Talent Smart qurucusu ve Duyğusal Zəka 2.0 kitabının müəllifi Dr. Travis Bradberry’e göre, sevilən rəhbər müəyyən keyfiyyətlərə sahibdir.

  1. İşini Sevir.

Hər kəsin sevimlisi olan,bir rəhbərin işini sevməməsi yəqinki, qeyri-mümkündür.

O işini böyük şövqlə həyata keçirir və bu zaman böyük zövq alır. Bu müsbət enerjini komandasına da ötürür.

  1. Fədakardır.

Bəzi “rəhbər”lər təhlükəli bir vəziyyət yarandığı təqdirdə, yalnız özünü düşünüb, xilas etmənin yollarını axtarır. Lakin komandasını sevən rəhbər birlikdə çıxdıqları yolda rast gəldikləri maneələri aradan qaldıraraq, komandası üçün yol açır.

  1. Olduğu kimidir.

Həyata keçirə bilməyəcəyi işin sözünü verməz. Yalan vəədlərlə ,komandasında ruh düşkünlüyü və demotivasiya yaratmaz. Empatiya qurmağı bacarar.

  1. Fırtınadaki limandır.

Komandası ilə olan səmimi münasibəti nəticəsində, işçilərdən kimsə ondan çəkinməz. İşçiləri üçün rəhbər olmaqla yanaşı, həmçinin əsl dost olmağı bacarar.

Sizin də bu keyfiyyətləri özündə birləşdirən,rəhbəriniz vardırsa,xoşbəxt işçilərdənsiniz. Yaxud bu keyfiyyətlərə sahib olan rəhbərlərdənsinizsə, o zaman xoşbəxt liderlərdənsiniz.

 

29/11/2018

Bütün məqalələr