İşəgötürən Brendinqinə ehtiyacınızın olub olmadığını necə müəyyənləşdirmək olar? (I)  

 

“İnsanlar müsahibədə pis bir təcrübə keçirsələr, sizə qarşı mənfi hislər bəsləməyə başlayırlar və bu sizin məhsul/xidmət brendinizə də təsir edir.”

 işə götürən brendinqi employer branding measures

İlk olaraq, qəbul etməlisiniz ki, sizin artıq işəgötürən brendiniz mövcuddur.

 

Xəbəriniz olsa da, olmasa da, kontrolunuz altında olsa da, olmasa da. Bu o demək deyil ki, artıq İnsan Resursları Direktorunuz  bunu sizə hiss etdirmədən həyata keçirib. Bu o deməkdir ki, sizin şirkətinizin iş yeri olaraq bir reputasiyası mövcuddur. Bu sizə maraqlı gəlmir? Bəlkə də sizin təşkilatınız haqqında istədiyinizin tam əksi bir qavrayış mövcuddur. Çox şirkət üçün vəziyyət, çox yaxşı keçdiyi düşünülən imtahanın nəticəsinin həddindən artıq pis gəlməsi kimidir.

 

Gedən Xərcləriniz ikinci göstəricinizdir. Yəni bir gün CFO-nuz gəlib işə götürmələr üçün xərclənən büdcə haqqında danışmaq istəyirsə, bu o deməkdir ki, vəziyyət olduqca qaranlıqdır. Qaranlıq isə qorxuducudur. Bu mövzuda ölçməli olduğunuz bir neçə məlumat var.

  • Rekrutment Konsultantlarına xərclədiyiniz büdcə və bu büdcənin çoxluğu brendinizin formalaşmadığı ya da çox mənfi bir vəziyyətin varlığının xəbərçisidir. Ya sizi heç kim tanımır, ya da çox pis olaraq tanıyır.
  • Digər kritik göstərici isə müraciət prosesi vaxtında yoxa çıxan namizədlərin sayıdır. Yəni sizə neçə CV gəlib? 20 nəfəri müsahibə etmisiniz, bu saat işə götürə biləcəyiniz neçə nəfər qalıb. 1 nəfər? O da son anda imtina etsə, prosesi başdan başlatmalı olacaqsınız.

 

Əgər ən yaxşı istedadlarınız 18 aydan qısa vaxtda LinkedIn-da işlərini yeniləyibsə.

Yeni işə girənlərin ayrılma faizi yüksəkdirsə, deməli iş yerinə gəlib ordakı ab-havanı bəyənməyənlərin sayı çoxluq təşkil edir. Bu o deməkdir, bu iş yeri yeniliklərə ayaq uydurmur və insanın öz ətir iyini bir vaxt sonra hiss etmədiyi kimi əvvəlki işçilər və idarəçi heyəti vəziyyətə ətir iyində olduğu kimi immunitet inkişaf etdiriblər. Yeni gələnlər bu qaranlıqda yaşaya bilmir və ayrılır. Çünki qaranlıq qorxuducudur. İrəlilələmək üçün namizədlər önlərini görmək istəyirlər.

27/11/2018

Bütün məqalələr