İşçilərin Qorxulu Yuxusu: İxtisar

Hal hazırda günümüzün ən aktual mövzularından biri, şirkətlərdə işçi sayının azaldılması, yaxud ştatların ixtisarı zamanı işçilərin işdən kənarlaşdırılmasıdır.

Bəs bu halla qarşılaşdıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu proseslər necə tənzimlənməlidir?

ixtisar halında nə bilməlisiniz

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 77.maddəsinə əsasən, işçinin Əmək müqaviləsinə, bu məcəllənin 70.maddəsinin b bəndinə əsasən xitam verilirsə, Xitamdan əvvəl işçi, işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (İşçinin yalnız bu iş yerindəki staji nəzərə alınır, daha öncəki stajlar, ixtisar zamanı diqqətə alınmır) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

 

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

 

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

 

3.Əmək müqaviləsi, Əmək Məcəlləsinin  70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir

 

  • bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
  • bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
  • beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
  • on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşçi öz razılığına əsasən,stajina uyğun olan xəbərdarlıq müddətini gözləməzsə,İşəgötürən işçinin razılığı ilə bu xəbərdarlıq müddətinin yerinə Əmək Məcəlləsi ilə tənzimlənmiş olan müaviəti ödəməlidir.

  • azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli,
  • azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli,
  • azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli,
  • azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli

 

Nümunə üzərində nəzər salaq:

Qeyd olunmuş maddələrə əsasən işçinin 12.02.2018-28.06.2018  tarixlərində, müəsisədə əmək fəaliyyəti ilə məşğul oldugunu nəzərə alsaq,nəticədə işçinin şirkətdə 4 ay 16 gün əmək stajının olduğunu görürük. Hesablamalar bu müddətə uyğun olaraq aparılmalıdır. Yəni işçiyə 70.maddənin b bəndinə əsasən əmək müqaviləsinin sonlandırılması ilə bağlı,işdən çıxarma müavinəti orta aylıq əmək haqqı miqdarında ödənilməlidir..Həmçinin işçi  müəsisədə olan əmək stajına əsasən, 77.maddənin 3.hissəsində qeyd olunmuş olan müddətlər nəzərə alınaraq,əmək müqaviləsinin sonlandırılması ilə bağlı ,2 həftə öncədən xəbərdar edilməlidir.İşçi bu xəbərdarlıq müddətini gözləmək istəmirsə,o zaman yazılı olaraq rəhbərliyə bildirməlidir,qarşılıqlı razılaşma olarsa,işçinin müəsisədəki, əmək stajına uyğun olaraq xəbərdarlıq müddətinin əvəzi olaraq, 77.maddənin 4.hissəsinə əsasən,orta aylıq əmək haqqının 0.5 misli ödənilməlidir.

 

22/11/2018

Bütün məqalələr