Motivasiyanızı artıracaq bir Yazı

Komandamızın, Motivasiyasını necə yüksək tutaq?

İş yerində motivasiyanı yaratmaq və davamlı hala gətirmək, bir idarəçinin komandasına olan dəyərinin göstəricisidir.

Menecerlər arasında aparılmış sorğular və əmək məhsuldarlığı ilə bağlı aparılmış ölçülmələr sübut etmişdir ki, adi halda işçilərin iş potensialının yalnız 20 % dən istifadə olunur. Lakin Motivasiya tədbirləri nəticəsində bu göstərici 99 % -dək artım göstərə bilir.

Lakin xatırlamaq lazımdır ki, necə ki bir ayaqqabı hər kəsin ayağına uyğun olmadığı kimi, komandadakı, hər kəsin motivasiya qaynağı da eyni ola bilməz. Bunun üçün ilk olaraq motivasiyanın müəyyən çeşidlərindən yararlanmaq lazımdır.

Bir çox rəhbər və idarəçilər əsas motivasiya qaynaqlarının maaş, tərif, təqdir, vəzifə artımı olduğunu düşünsə də, araşdırmalar nəticəsində məlum olmuşdur ki, sadalananlar yalnız qısa müddətli motivasiya əsası ola bilər.

Komandamızda, uzunmüddətli və davamlı motivasiyanı əldə etmək istəyiriksə, müəyyən nüanslara diqqət etməliyik.

Əlçatan hədəflər seçək.

İnsanların bir çoxu mümkün hədəflərlə çalışmağı sevir. Çünki, öz performanslarını bunlara görə ölçürlər. Lakin hədəf seçərkən çox diqqətli davranmaq lazımdır. Ən mühümü hədəfin əlçatan olmasıdır. Çünki əks təqdirdə, çatılması çətin olan hədəflər, fəth edilməsi mümkün olmayan dağlara bərabər olacaq və nəticədə  komandamızın demotivasiyasına səbəb olacağıq. Hər bir şeyin, qədərində olanı daha gözəldir.

 

Mühakimə etməyək.

Komandamızın üzvlərini davamlı olaraq mühakimə etməyimiz, onların demotivasiyasına aparan başlıca yoldur. Komanda yoldaşlarımızla, hər zaman eyni fikirdə olmaya bilərik, yaxud bizim motivasiya qaynaqlarımız, komanda üzvlərimizinkindən fərqli ola bilər. Amma bütün bunlar onlara qarşı mühakimə etmək üçün bizə haqq qazandırmır. Bəzi məqamlarda komandamızın seçdiyi maşını sürüb, onların seçdiyi yeməyi yeyib, onların seçdiyi filmə baxa bilməliyik, sırf komandamızın demotivasiyasına səbəb olmamaq üçün.

 

Öhdəliklər vermək.

Hər birimizin iş yerimizdəki istəyi, güvənilən işçi statusuna layiq olmaq olub. Bu gün şirkət rəhbəri səviyyəsinə gəlib çatmışıqsa, demək ki, bu arzunu işçilərimiz üçün gerçəkləşdirməyi bacarmalıyıq.Bunun üçün komandamızın üzvlərinə müstəqil qərar vermə, səlahiyyəti vermək üzərində mütləq düşünməliyik. İşçi nə qədər ki, insiyatifindən istifadə edərək, məsuliyyət alaraq müəyyən qərarları verəcək, o qədər özünü şirkətin bir hissəsi olaraq görüb, sizin müəssisənizə daha çox bağlanacaq. Yalnız əmr və təlimatlarla çalışan işçi artıq motivasiyasını itirmiş işçidir.

 

Bütün bu qeyd olunan nüansların, ən başında ünsiyyət və birlikdə zaman keçirmək gəlir. Komandamızın üzvlərinin motivasiya qaynaqlarını öyrənmək üçün, onlarla zaman keçirib, ünsiyyət yaradıb və başlıca olaraq onları dinləməliyik. Bu zaman məqsədimizə çatıb, yüksək motivasiyalı, şirkətinə bağlı, işini sevən komanda üzvləriylə birlikdə çalışa bilərik.

 

  20/11/2018

 

 

                                                                                                      

Bütün məqalələr