İşə Götürən Brendinqi Nədir?

Giriş

Psixolojik xəstəliyin ya da problemin həllinə doğru ilk addım o xəstəliyi qəbul etməkdir. Bunu qəbul etmək puzzle taxtasındakı daşların yerinə oturması kimi bir təsir göstərir.

İnsan hər şeydən əvvəl psixolojik bir varlıqdır, bu deməkdir ki, insanın olduğu yerlərdə də psixolojik hava daha çox önəmlidir.

Yəni savaşları qazandıran, və yaxud da ki, futbolda tərəflərdən qazananı müəyyənləşdirən psixolojik ab-hava olduğu kimi, uzun müddətdə şirkətləri də rəqabət yarışında qazanan tərəf halına gətirən onların iş yerlərindəki ab-havadır. Yəni psixolojik qoxudur.

1990-ci illərin başlarında akademik dünyada terim olaraq ortaya atılan işə götürən brendi 2000-ci illərin başında istedad savaşlarının qızışdığı vaxtda Unilever, P&G və Shell kimi şirkətlər tərəfindən praktikada həyata keçirilməyə başlandı.

Bəs reallaşdırılan bu şey nə idi? Sadəcə bir qavrayış. “O insan necə insandır?” deyə soruşsanız cavabında “çox yaxşıdır”, “pis insandır” ya da “əsəbidir”, “qısqancdır”, “mehribandır” kimi və daha fərqli cavablar eşidərsiniz.

LinkedIn və Universum kimi işə götürən brendi ilə əlaqəli dərin araşdırmalar edən şirkətlərin statistikalarına görə iş axtaran istedadlar üçün ən böyük maneə və sıxıntı müraciət etmək istədikləri şirkətin necə bir iş yeri olduğunu bilməmələridir. Burdan yola çıxaraq onların 60% -dən çoxu şirkəti sosial media platformalarından axtarmağa başlayırlar. Sonrakı addım isə ordakı işləyənlərdən soruşmaq olur.

“Bu şirkət necə şirkətdir?”

İşə götürən brendinqi yuxarıdakı sualdakı “necə” ni formalaşdırır, dəyişdirir, inkişaf etdirir.

 

  • Formalaşdırır - Günün trendləri ilə bərabər şirkətin missiya, viziya və mədəniyyətinə uyğun
  • Dəyişdirir - William Tincup deyir ki, siz kontrol altına alıb idarə etsəniz də etməsəniz də hər şirkətin işə götürən brendi mövcuddur. Bu brend hər şirkətə məxsus qoxudur. Əgər mövcud olan brendiniz sizin reputasiyanıza mənfi təsir edirsə onda onu dəyişdirmək lazımdır.
  • İnkişaf etdirir -İşə götürən brendinqi bir prosesdir və daima inkişaf etməlidir. Əgər inkişaf etmirsə demək ki, geriyə doğru dəyişir. Yəni əsas dəyərlər qorunmaqla daima yeniliklər ilə dəstəklənməsə brendiniz uğursuzluğa doğru addımlayır deməkdir.
Bütün məqalələr